Milli Məclisin komitə iclası keçirildi

  • 11.06.2022
  • 0

Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov iclasın “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi, aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələrə həsr olunduğunu diqqətə çatdırıb.
Komitə sədri dövlət başçısının fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılmasının ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından əhəmiyyətindən bəhs edib, bu iqtisadi zonalara daxil olan rayonların hər birinin özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala malik olmasını diqqətə çatdırıb.

Sonra çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdirilməsi ilə bağlı qeydlərini bildirib, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı ilə bağlı fikirlərini səsləndirib.

İclasda digər çıxış edənlər azad edilmiş ərazilərdə aparılan tikinti və quruculuq işlərini, regionun iqtisadi inkişafı və tərəqqisi istiqamətində həyata keçirilən layihələri, o cümlədən “Yaşıl enerji zonası” Konsepsiyasını yüksək dəyərləndiriblər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialı, Böyük Qayıdışın gerçəkləşdirilməsi prosesi ilə bağlı fikirlərini bölüşüblər.

Dinləmələrdə çıxış edənlər iqtisadi zonaların hərtərəfli inkişafının ölkəmizin ümumi iqtisadiyyatının daha da böyüməsinə öz töhfələrini verəcəyinə inamlarını ifadə ediblər.

REAL

Nə düşünürsən?