Milli Məclisdə yeni qanun layihəsi hazırlanır

  • 29.06.2021
  • 0

Milli Məclisin Elm və təhsil komitəsində “Ali təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdə təhsil naziri Emin Əmrullayev də iştirak edib.

Nazir deputatlar qarşısında çıxışında deyib ki, Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından “Ali təhsil haqqında” qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Emin Əmrullayev bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətdə olan məsələlərdir. Nazirin sözlərinə görə, bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar Təhsil Nazirliyini narahat edir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi qrupun rəhbəri Bəxtiyar Əliyev isə deyib ki, təhsilin keyfiyyətinin təmin olunması çox mühüm məsələdir. Sitat: “Təhsilimizin qədim ənənələri var, amma yeniliklərin tətbiq olunması mütləqdir. Elm və təhsil sahəsində maliyyə məsələləri həll etmək üçün Elm İnvestisiya Fondunun yaradılması çox yaxşı olardı. Ali təhsil müəssisələri öz iş yerlərini yaratmalıdırlar".

"Ali təhsil haqqında" yeni qanun layihəsi İşçi Qrup işini yekunlaşdırdıqdan sonra parlamentin payız sessiyasında deputatların müzakirəsinə təqdim olunacaq.

REAL

Nə düşünürsən?