Mikayıl Cabbarovun Rusiyadakı videosu yayıldı

  • 02.08.2024
  • 0

Sosial mediada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun gənclik illərinə dair maraqlı video görüntülər yayılıb.

 

Belə məlumolur ki, görüntülər 1997-ci ildə Moskvada təşkil edilmiş "Nə? Harada? Nə zaman?" intellektual oyununda çəkilib. Həmin oyunda iştirak edən ilk azərbaycanlı bilici məhz Mikayıl Cabbarov olub.

 

Qeyd edək ki, Cabbarov 1994-1997-ci illərdə "Atəşgah İntellektual Oyunlar Klubu"nun prezidenti olub. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini, 1996-1997-ci illərdə isə "Breyn-Rinq" oyunlarının Müstəqil Dövlətlər Birliyinin mütləq çempionu olub. (Musavat.com) 

Nə düşünürsən?