AZ
Video yüklə

Məşhurlar qırmızı xalıda göz qamaşdırdı

8 baxış Son xəbərlər
Dünən 76-cı Venesiya Film Festivalının ikinci günü baş tutub.



Festivalın ikinci günü iki yüksək səviyyəli premyera ilə əlamətdar olub. Dünən "Evlilik hekayəsi" (Marriage Story) və "Ulduzlara" (Ad Astra) filmləri nümayiş olunub.



Günortadan sonra iki filmin çəkiliş heyəti ənənəvi fotosessiyalarda iştirak edib, axşam isə ekran əsərlərinin nümayişlərini ziyarət ediblər və axşam ziyafət libaslarını sərgiləyiblər.



"Evlilik Hekayəsi"nin premyerasının əsas ulduzu Adam Drayver ilə bir dramda oynayan Skarlett Yohansson olub. Aktrisa qırmızı biserli parlaq paltarda kameraların qarşısına keçərək poza verib.



"Evlilik Hekayəsi”nin rejissoru kimi, "Ulduzlara” filminin yaradıcısı Ceyms Qrey də bu gecə Venesiya Film Festivalı - 2019-un qırmızı xalçasında görünüb. Bu filmdə isə əsas rolları Bred Pitt, Liv Tyler və Rut Neqqa oynayıb.



Bar Rafaeli kameralar qarşısında nadir çıxışı ilə mətbuatı sevindirib. Supermodel üçüncü uşağa hamilə olduğu üçünı üçün ictimaiyyətdə tez-tez görünmür.



Qeyd edək ki, "Ulduzlara" və "Evlilik hekayəsi" filmləri festivalın əsas müsabiqəsində təqdim olunur və əsas mükafata iddia edir. Şou iştirakçıları arasında rəqabət böyükdür, buna görə proqnoz vermək hələ tezdir.



Qaliblərin adları sentyabrın 7-də açıqlanacaq./publika.az

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.