AZ
Video yüklə

Məşhur müğənni öldü

863 baxış Son xəbərlər
Reggi müğənnisi Co Mersa 32 yaşında vəfat edib.

Oxu24.com xəbər verir ki, bu barədə TMZ portalı öz mənbələrinə istinadla məlumat yayıb.

Sənətçinin bir gün əvvəl, dekabrın 27-də vəfat etdiyi bildirilir. Sənətçinin ölümünə səbəb astma olub.

Nəşr musiqiçinin ölümünün başqa təfərrüatlarını təqdim etmir.

Xatırladaq ki, Co Mersa kult musiqiçi Bob Marlinin nəvəsidir. O, Yamaykada anadan olub.

Co Mersa 2014-cü ildə "Comfortable" EP-nin buraxılması ilə musiqiçi kimi debüt edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.