Məşhur futbolçu Afrində döyüşən əsgərlərə müraciət etdi
16 baxış
Son xəbərlər
İngiltərənin "Everton" klubunun futbolçusu Cenk Tosun Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatındakı əsgərlərə video-müraciət edib.
27 yaşlı hücumçu əsgərlərin onun üçün çəkdiyi videoya cavab verib.
Əsgərlərin "Afrindən "Cenk Tosuna salam olsun" deyərək çəkdiyi videoya "Twitter" hesabından cavab verən Tosun "Afrindəki əsgər qardaşlarımıza sevgi dolu salamlar. Videonuzu aldım, çox duyğulandım. Həqiqətən də, qəlbimiz sizinlə döyünür. Vətən sizə əmanət. Allah köməyiniz olsun" deyib.
Qeyd edək ki, Cenk Tosun "Everton"la yanvarın 5-də 4,5 illik müqavilə bağlayıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.