Problemli kreditlərlə bağlı kompensasiyalar tam ödənib.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib. Bildirib ki, ölkədə kartlarla aparılan əməliyyatlarda nağdsız ödənişlərin xüsusi çəkisi 20%-ə çatıb. 2019-cu ildə milli ödəniş sistemi ilə əməliyyatların ümumi dəyəri isə 41% artıb. Elman Rüstəmovun sözlərinə görə, problemli kreditlərlə bağlı kompensasiyaların ödənişi tam başa çatıb.
Elman Rüstəmov cari illə bağlı proqnozları da açıqlayıb. Qeyd edib ki, bu ildə də manatın məzənnəsinin sabit qalacağı gözlənir. İnfilyasiya da hazırki səviyyədə olacaq.
Ölkənin valyuta ehtiyatları da artmaqdadır və 51 milyard dolları keçib.