Bakının ara məhəllələrində quraşdırılan müşahidə kameraları kəmər taxmayan sürücüləri çəkərək cərimələyir.
TEMPİNFO xəbər verir ki, bu barədə jurnalist Samir Mirzə bildirib.
Onun sözlərinə görə, yaşadığı ünvandan təxminən 50 metr uzaqlıqda kamera quraşdırılıb və sürücülər ara məhəllədə cərimələnirlər.
"Deməli, bura 8 mart küçəsidir (Binəqədi, Rəsulzadə qəsəbəsi), "Heydər" məscidinə gedən yol. Məhəllədə işıqfor, yol hərəkət nişanları, piyada zolağı, səkisi yoxdur, amma kamera kəmər taxmayanları qeyd edir. Özü də sakinlərin mənə bildirdiyinə görə, yalnız ağ köynək, paltar geyinənlər düşür radara. Əgər bu varsa, digər məsələlər də nəzərə alınmalıdır", - deyə o vurğulayıb.