"McDonald`s" "ağını çıxartdı"
24 baxış
Son xəbərlər
"Danone" ilə uzun müddət əməkdaşlıqdan sonra "McDonald's" qablaşdırılmış su çatdırılması barədə müqaviləni ləğv edib. Artıq "fastfood" şirkəti müştərilərə karton stəkanlarda "L'Eau by McDo" suyunu təklif edəcək.
BiG.AZ Fransa mətbuatına istinadən xəbər verir ki, 400 ml həcmi olan bir stəkan su 2.5 avroya (təxminən 5 manata) satılacaq.
Bu yolla "McDonald's" ekologiya uğrunda mübarizədə ilk addım atmağı planlaşdırır. Mütəxəssislərin fikrincə, "fastfood" şirkətləri bir il ərzində dünyada 75.000.000-dan çox plastik butulkanın istifadə olunmasına səbəb olurlar.
Bu qərarın əsas çatışmazlığı ondan ibarətdir ki, mineral su əvəzinə, "McDonald`s" adi kran suyunu bir neçə filtrdan keçirdib satmaq niyyətindədir.
Fransa hökuməti artıq bu qərara münasibət bildirib və şirkətin heç bir xoş niyyətinin olmadığını, sadəcə gəlir artırmaq istədiyini iddia edib, sübut kimi isə satılacaq suyun qiymətini vurğulayıb: 1 litr adi su "McDonald`s"da 6 avro (təxminən 12 manata) olacaq.
"McDonald's" şirkəti isə, öz növbəsində, bildiriri ki, sosial sorğular müştərilərin əksəriyyətinin bu fikri dəstəklədiyini göstərir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.