Leyla Əliyevadan Könül Xasıyeva və Ramiz Əzizbəyli ilə bağlı paylaşım
47 baxış
Son xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında ağır xəstəliklərdən əziyyət çəkən Xalq artistləri Könül Xasıyeva və Ramiz Əzizbəyli ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, izləyicilərini köməyə ehtiyacı olan insanlara xeyirxahlıq etməyə səsləyib.
“İnsanlara kömək üçün çox tələsmək lazımdır. Hər günün, hər saatın öz hökmü var... Gəlin, birlikdə xeyirxahlıq edək, bununla biz neçə-neçə insana həyat vermiş olarıq.
Kömək etmək niyyətində olanlar istənilən mobil operatordan 999 nömrəsini yığıb, sonra 0 düyməsini basmaqla 50 qəpik, yaxud başqa düymələri, məsələn, 1 düyməsini basmaqla, 1 manat, 5 düyməsini basmaqla, 5 manat, 9 düyməsini basmaqla, 9 manat yardım edə bilər.
Həmçinin 999 qısa nömrəsinə SMS göndərib yardım almaq üçün müraciət edə bilərsiniz. 1 SMS-in qiyməti 50 qəpikdir. .“Həyat” Fondu... Yardım et, həyat ver”,-deyə o qeyd edib.
Xatırladaq ki, cari ilin may ayında “Həyat” Fondunun təqdimatı keçirilib. Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər. Fondun təsisçisi və direktoru, telejurnalist, “Xeyir” körpüsü verilişinin müəllifi və aparıcısı Nuran Hüseynovdur.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.