AZ
Video yüklə

Lavrov: “Bunu Paşinyanın vicdanına buraxıram”

220 baxış Son xəbərlər
“Bu gün təkbətək, eyni zamanda geniş tərkibli görüş keçirdik və Rusiya-Azərbaycan münasibətlərinə dair geniş spektrdə müzakirələr apardıq”.

Bunu Azərbaycan Respublikasının XİN rəhbəri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra təşkil edilmiş mətbuat konfransı zamanı deyib. O, Rusiya ilə diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu xatırladıb və əlavə edib ki, ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətləri yüksələn tempdə inkişaf edib.

Ceyhun Bayramov Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirə olunduğunu, üçtərəfli razılaşmaların vacibliyini qeyd edib və Ermənistanı danışıqları bərpa etməyə çağırıb. O vurğulayıb ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına mane olur. Laçın dəhlizi ilə bağlı da fikir bildirən nazir bildirib ki, Azərbaycan tərəfi iki il ərzində dəfələrlə bu dəhlizdən sui-istifadə hallarına dair həm bağlı kanallar vasitəsi ilə, həm də açıq şəkildə xəbərdarlıq edib:
“Günəşli və qonaqpərvər Bakıda olmaqdan məmnunam”.

Bunu isə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, Bakıya səfərini təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib, eyni zamanda Lavrov səfərinin birinci günü Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinə görə Azərbaycanın dövlət başçısına təşəkkür edib. Sergey Lavrov Azərbaycanın üçtərəfli görüşə hazır olduğunu, Ermənistanın isə yekun razılıq vermədiyini bildirib. Lavrov Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin açılması təklifinə də münasibət bildirib.
Rusiyalı nazir Paşinyanın “Rusiyanın Ermənistanda hərbi mövcudluğu Ermənistanın təhlükəsizliyinə təhdiddir” bəyanatını bütünlüklə Ermənistan rəhbərinin vicdanına buraxdığını qeyd edib. Lavrov işğaldan azad olunmuş ərazilərin bərpasında Rusiyanın aktiv iştirak etməyə hazır olduğunu söyləyib.

Onun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işçi qrupu tezliklə Azərbaycanın qərbi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması məsələsində razılığa gələ biləcək. Lavrov Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu da söyləyib.
Lavrov regiondan kənar oyunçuların nəyinsə xeyrinə deyil, kiminsə əksinə işləmək istədiklərini qeyd edib və bildirib ki, həm Rusiya, həm də prosesə birbaşa cəlb olunan tərəflər bunu görür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.