AZ
Video yüklə
Azərbaycanda nazir vəzifəsindən azad edildi

Bu video hazırda oynadıla bilmir.

Azərbaycanda nazir vəzifəsindən azad edildi

674 baxış Son xəbərlər
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini sərəncam imzalayıb.

Sərəncama əsasən Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini digər sərəncamı ilə Fikrət Əyyub oğlu Həsənov Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib. (APA)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.