AZ
Video yüklə

Küçəyə pullar səpildi, insanlar yığıb bayram etdi, sonda isə...

10 934 baxış Son xəbərlər
ABŞ-ın Cənubi Kaliforniya bölgəsində magistral yolda zirehli avtomobildən bir çanta pul yola tökülüb.

Metbuat.az xəbər verir ki, pulu görən digər sürücülər yerə dağılan pulları yığmaq üçün bir-biri ilə yarışıb.

Magistral yolda sürücülər maşınlarını saxlayıb pulu yığmağa başlayıblar.

Əsasən 1 və 20 dollarlıq olan əskinaslar yolun bütün zolaqlarına yayılıb, nəqliyyatın hərəkətini çətinləşdirib.

Pulları yığmaq istəyənlərdən 2 nəfəri saxlanılıb. İtirilən pulun miqdarı məlum deyil.

Bildirilir ki, azı 10 nəfər yığıdıqları pulu polisə təhvil verib.

Zirehli avtomobil San Dieqodan Federal Əmanətlərin Sığortalanması Korporasiyasının ofisinə doğru gedirmiş.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.