AZ
Video yüklə

Kim Çen İn Rusiyaya da qatarla gəldi

58 baxış Son xəbərlər
Şimali Koreya lideri Kim Çen İn Rusiyanın Primorsk əyalətinin Xasan dəmiryolu stansiyasına gəlib.



Axar.az xəbər verir ki, Kim Çeni stansiyada Rusiya Xarici İşlər nazirinin müavini İqor Moqrulov, Primorsk diyarının qubernatoru Oleq Kojemyako, Şərqin İnkişafı naziri Aleksandr Kozlov qarşılayıb.



Görüşün video görüntülərini qubernator Kojemyako öz İnstaqram səhifəsində paylaşıb. Videoda Kim Çen İn və onu müşayiət edən şəxslərin – XİN rəhbəri Li Yo Honun və birinci müavin Çoy Sin Xinin vaqondan enməsi əks olunub.



Qeyd edək ki, Kim Çenin 27 aprelə qədər Vladivostoka gələcəyi gözlənilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.