AZ
Video yüklə

Kikabidzenin Saakaşvili ilə bağlı xahişinə Zelenski nə cavab verib?

7 baxış Son xəbərlər
SSRİ xalq artisti, məşhur gürcü aktyoru Vaxtanq Kikabidze Mixeil Saakaşvili üçün Ukrayna prezidenti Vladimir Zelenskidən xahiş edib.

Bizim.Media-nın özəl mənbələrdən əldə etdiyi məlumata görə, bu məsələyə görə, Ukraynaya yola düşən aktyor, prezidentlə görüşə məşhur ukraynalı jurnalist Dmitri Qordon ilə gedib.

Kikabidze Zelenskidən Saakaşvilinin həyatından narahat olduğunu və eks prezidentin normal şəraiti olan xəstəxanaya köçürülməsində yardımçı olmasını xahiş edib.

O, Zelenski ilə görüşü haqda Qordonla söhbətində açıqlama verib. Bildirib ki, Zelenski söz verib ki,akaşvili mənim ölkəmin vətəndaşıdır və bunun üçün əlindən gələni edəcək.


Qeyd edək ki, Gürcüstanın eks prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edib və 2015-2016 – ci illərdə Ukraynanın Odessa şəhərinin qubernatoru olub.


Lakin o, 2017-ci il iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb. Bununla bağlı fərmanı o vaxt Ukraynanın Prezidenti olan Petro Poroşenko imzalayıb. Ukraynanın yeni prezidenti Vladimir Zelenski dövründə 2019-cu ilin may ayında Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.