AZ
Video yüklə

İŞİD Rusiyanın iki tankını ələ keçirdi

12 baxış Son xəbərlər
Suriyada terrorçular bir gündə hökumət qüvvələrinə məxsus iki tankı ələ keçirib.

APA TV-nin məlumatına görə, bu barədə terrorçuların Suriyada fəaliyyətinin icmalı ilə məşğul olan Directorate 4 kanalı xəbər yayıb.

Sovet və Rusiya istehsalı olan tanklardan birini "Türküstan İslam Partiyası"nın döyüşçülərinin ələ keçirdiyi deyilir. Adı çəkilən qruplaşma "Təhrir əş-Şam" tərkibində vuruşur.

T-62 tankı Hama əyalətinin Mustarix kəndi ətrafında döyüşlər zamanı terrorçular tərəfindən götürülüb. Həmin kəndin yaxınlığında isə Əbu əd-Dhur hərbi aerodromu yerləşir. Hökumət qüvvələri bu kəndi və aerodromu həftələrdir azad etmək uğrunda hücumlar təşkil edir.

Bundan əvvəl isə İŞİD Rusiya istehsalı T-90 tankını ələ keçirib. Terrorçular özlərinə məxsus "Amaq" xəbər agentliyində hərbi qənimətin videosunu yayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.