“Şikayətim Emin bəydəndir. Emin bəy bir çox restoranlar şəbəkəsinin - “Pak Dad”, “Balbadəm” “Qarabağ” və s. sahibidir. Bir ildən çox onlarla əməkdaşlıq etdim və 10 mindən artıq pulum onlarda qaldı. Hissə-hissə həmin məbləği onlardan alsam da 2 min manat vəsaitimi ödəmirlər. Bağbanlıq, gül satmaq və digər xidmət sahələrində fəaliyyət göstərmişəm. Xəstəliklə bağlı müraciət etdim ki, pulumu alım, ancaq pul əvəzinə yalan vədlər verirlər”.
Oxu24.com xəbər verir ki, bu sözlər Cavad Zeynalov adlı vətəndaşa aiddir. O, APA TV-yə müsahibəsində bildirib ki, sözügedən restoranları işlədən Emin adlı biznesmendən haqqını ala bilmir. C.Zeynalov sözügedən iş adamının müğənni Vəfa Şərifovanın ad gününə tort göndərdiyini də iddia edib: