AZ
Video yüklə

İrəvanın məntiqsiz addımı

32 baxış Son xəbərlər
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrinə qatılaraq videofarmatda çıxış edən Prezident İlham Əliyev ali tribunadanən vacib məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Qalib ölkənin müzəffər Ali Baş komandanı Azərbaycanın 30 illik erməni işğalına 44 gün ərzində son qoyulduğunu və Dağlıq Qarabağ ifadəsinin olmadığını bəyan edib. Həmçinin Ermənistanın 27 il ərzində beynəlxalq qətnamələrə məhəl qoymadığını və bu illər ərzində rəsmi İrəvanın heç bir sanksiyaya məruz qalmadığını söyləyib. Bəs BMT özünün qəbul etdiyi sənədlərin icra olunmamasına illər boyu susqunluq nümayiş etdirdi? Məsələyə münasibət bildirən millət vəkili, MM-in hüquq siyasəti və dövlət qauruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirdi ki, bununla BMT öz fəaliyyət qabiliyyətsizliyini nümayiş etdirib. Azərbaycanın qətnamənin icrasına dair atdığı addımlar isə BMT-nin nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünü müdafiə hüuququnu yerinə yetirib. Amma Ermənistan və ona havadarlıq edənlər bununla razılaşmır. Həttta Ermənistan Azərbaycanla bağlı məhkəməyə müraciət edib. Bəs belə olan halda onların bu addımının hansı hüquqi əsası varı? Qarşı tərəf haansı məntiqlə beynəlxalq məhkəmələrə müraciət etməkdə iddialıdır? Müharibənin başlamasından keçən 1 il ərzində Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərlə bağlı Azrbaycan tərəfi hansı addımlar atıb? Prezident işğal altında olmuş ərazilərimizdə Ermənistanın törətdiyi ekoloji terroru da BMT Baş Assambleyasının 76-cı sessiyasının iclasında səsləndirib. 60 min hektar meşənin məhv edildiyini, ətraf mühitə qarşı genosidin törədildiyini qeyd edib. Mütəxəssislər isə deyir ki, bütün bu fakatla qarşısında Ermənistan hüquqi müstəvidə məsuliyyət daşıyır. REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.