İrəvan restoranında Vaqif Mustafayevin "Düşüncə" kompozisiyası
235 baxış
Son xəbərlər
Azərbaycanlı jurnalist Şahin Hacıyev Ermənistanın paytaxıtı Yerevan şəhərinə səfər edib. Bu barədə contact.az saytında yayımlanan məqalədə jurnalist öz səfər təəssüratlarını bölüşüb. Mətni diqqətinizə çatdırırıq. "Ermənistanda şəxsən mənə və komandanın iki üzvünə (biri Gürcüstandan, biri isə Moskvadan) münasibət normal idi. Kim olduğumuzu daha çox gürcü və rusdan soruşurdular. Onların cavabı xüsusi reaksiyaya səbəb olmurdu, ancaq mənə müraciət edəndə "Azərbaycandanam" cavabı zarafat kimi qəbul edilirdi.
Yaşadığımız oteldə və həmsöhbətlərimizlə görüşdüyümüz təşkilatlarda gərgin baxışları və ətrafdakıların təəccübünü görməmək mümkün deyildi.
Ancaq müsahiblərimdən birinin dediyi kimi, Yerevanda azərbaycanca danışıq çoxdandır heç kimi təəccübləndirmir. Burada İran azərbaycanlısı çoxdur və onlar sizin dildə danışır. Yerli ermənilər də tez- tez azərbacanlılar üçün adi olan söz və ifadələri işlədir: "görməmiş", "nisyə", "zir-zibil", "sağ-salamat". Bu söz və ifafələr çoxdandır ermənilər tərəfindən "istifadəyə götürülüb" və özlərininki kimi uğurlu istifadə edilir. Bununla yanaşı, sözlərin Azərbaycan mənşəli olması da narahatlıq yaratmır.
Yerevan restoranında qəfil Vaqif Mustafayevin "Düşüncə" kompozisiyası səslənəndə xüsusi hisslər keçirirsən.
Yeri gəlmişkən, azərbaycanlılara aid hər şey İranınkı və ya Türkmənistanınkı kimi təqdim edilir. Məsələn, Yerevandakı məscid, yaxud paytaxtdan kənar memarlıq abidələri."

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.