AZ
Video yüklə

Azərbaycanda 10 gün iş olmayacaq

56 baxış Son xəbərlər
Martın 27-də növbəti iş günüdür.



Gələn ay 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar 10 gün iş olmayacaq.



Beynəlxalq Qadınlar Günü münasibətilə martın 8-i, həftənin cümə günü qeyri-iş günüdür.



Martın 9-u şənbə, 10-u isə bazar gününə təsadüf etdiyindən ardıcıl 3 gün iş olmayacaq. Martın 11-i isə iş günüdür.



Martın 20-24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-da da iş olmayacaq.



Martın 27-də isə növbəti iş günüdür.(report.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.