AZ
Video yüklə

İranlı qızdan şok müraciət

972 baxış Son xəbərlər
12 gündür davam edən İsrail-İran müharibəsində atəşkəs rejimi başlayıb.



Oxu24.com xəbər verir ki, rejimə qarşı olmağın ölkəsinə qarşı hücumları dəstəkləmək demək olmadığını bildirən iranlı qadının sözləri gündəmə gəlib.



İranlı qadın "Biz İrandakı rejimi bəyənməyə və ya dəstəkləməyə bilərik. Amma bu o demək deyil ki, siz İsrail olaraq, Amerika olaraq gəlib zərbə endirin. Bu, ailə məsələsidir.Ailənizlə probleminiz olanda, onlara çox qəzəblənəndə, onları dəstəkləməyəndə istəyirsinizmi ki, bir əcnəbi gəlib İran xalqını vursun. Onların tərəfi deyirlər ki, bunu bizim üçün edirlər, deyirlər ki, bizi xilas edəcəklər... Sən nə vaxtdan özündən başqa insanlar haqqında düşünməyə başladın?",-deyə İrandan olan qadın paylaşımında qeyd edib.



Qeyd edək ki,bundan öncə Tramp İran-İsrail münasibətləri barədə yeni açıqlama verib.



Nigar

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.