AZ
Video yüklə

İranlı jurnalist ölkəsində qəhrəman kimi qarşılandı

31 baxış Son xəbərlər
ABŞ-da 10 gün həbs həyatı yaşadıqdan sonra azad edilən İranın "Press TV" kanalının əməkdaşı Mərziyə Haşimi ölkəsinə qayıdıb. FaktXəbər bildirir ki, iranlı junralist Tehranda "İmam Xomeyni" beynəlxalq hava limanında yerli əhali tərəfindən qəhrəman kimi qarşılanıb.



Yerli mediaya aeroportda açıqlama verən Mərziyə Haşimi qeyd edib ki, baş verənlər İslam Respublikasının vacibliyini ortaya qoyur və ABŞ-ın inqilabın 40 illiyindən nə qədər qorxduğunu göstərib.



Qeyd edək ki, 59 yaşlı jurnalist 13 yanvar tarixində "Sent-Luis" hava limanında "Black Lives Matter" sənədli filminin çəkilişlərindən sonra həbs olunmuşdu. O, şahid ifadələri əsasında saxlanılmışdı.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.