İrandakı soydaşlarımız basqı altındadır
6 baxış
Son xəbərlər
İranda vəziyyət getdikcə gərginləşir, ölkədə günü-gündən artan aksiyalara xaricdə yaşayan İran vətəndaşlarından da dəstək gəlib. 22 yaşlı Məhsa Əmininin İranda qadınlar üçün sərt geyim qaydalarını pozması iddiası ilə həbsdə öldürülməsinə görə aksiya keçirən sakinlərin etirazi indi İran rejiminə qarşı yönəlib. Rejim isə ictimaiyyətin fikrini daxildə yaşanan gərginlikdən yayındırmaq üçün gah İraq Kürdüstanını bombardman edir, gah da Azərbaycanla sərhəddə təlimlər keçirir. Uzun illərdir İran rejimi ilə mübarizə aparan bu gün isə İsveçə sığınan soydaşımız Fruq Əsədpur bildirdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dünyaya öz gücünü nümayiş etdirəndən sonra İranda soydaşlarımıza olan münasibət daha da kəskinləşib. Amma İran rejimi anlamalıdır ki, orda yaşayan azərbaycanlılra qarşı qaydalar nə qədər sərt olsa da, 35 milyonun ürəyindən Azərbaycan sevgisini çıxara bilməz.
İranın ermənipərəst mövqeyi bizə də məlumdur. Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan ərazilərini bərabər talayadılar. Biz ərazi bütövlüyümüzü bərpa etdikdən sonra isə Ermənistanla əlaqələri kəsilməsin deyə İran Qafanda konsulluq açqdı. Tehranın ikiüzlü siyasətinin digər bariz nümunəsi də azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibətdir. İran hakimiyyəti azərbaycanlıları
bütün hüquqlardan hətta ana dilində təhsil almaqdan məhrum edib. Müsahibimiz bildirdi ki, bu münasibətin kökündə həm də güclənməkdə olan Azərbaycan-Türkiyə birliyi dayanır. Bu iki dövlətin birliyi İranı narahat edir.
Müsahibimiz onu da bildirdi ki, bu, gün İranda ən çox basqı altında olan qrup qadınlardır. Rejim onları islamın ziddinə getməkdə, ölkədə qarşıdurma yaratmaqda ittiham edir. Amma anlamırlar ki, İran qanunlarında sevə-sevə həyata keçirilən insanların edam edilməsi bəşəri cinayətlər qədər dəhşətlidir. Din pərdəsi altında gizlənən İranın terroru dəstəkləməsi, mafia qrupları yetişdirməsi, narkotik qaçaqmalçılığı və silah alverinə qədər müxtəlif yollardan istifadə etməsi heç kimə sirr deyil.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.