İran əsl üzünü göstərir...
20 baxış
Son xəbərlər
44 gün ərzində Ermənistan üzərində qələbə qazanan Azərbaycan bölgədə yeni siyasi reallıq yaratdı. Və bununla da bəzi “sirrlərin” də üstü açıldı.
Belə demək mümkündürsə, 30 ilə yaxın “gizli” saxlanılmasına çalışılmış bir sıra məsələlər bu reallıqlarla paralel olaraq ortaya çıxdı. Burada ən diqqət çəkən məqam İranın Ermənistanla “qardaş” münasibəti, hətta Ermənistanın “maraqlarının” Tehran üçün “qırmızı xətt” kimi dəyərləndirilməsi idi. Ümumiyyətlə, İranda baş verən son proseslər molla rejiminin əsl simasını ortaya qoymaqla yanaşı, dövlətin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi.
Maraqlı cəhət orasındadır ki, hər zaman dini əlində “bayraq” edən İran Ermənistana münasibətdə bu amillə bağlı tamamilə sükuta qərq olur. “Din təəssübkeşliyi” adı altında günahsız insanları edam edən, qatı radikal qərarlar verən, hüquq və azadlıqları tanımayan İran rejiminin Azərbaycan - Ermənistan məsələsindəki davranışları da heç də bir “İslam dövləti”nə yaraşan davranışlar deyil. Məsələn, 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarındakı məscidləri dağıdan, təhqir edən, həmin məscidlərdə donuz bəsləyən ermənilərə qarşı nümayiş etdirdiyi “qardaşlıq nümunəsi” İranın əsl üzünü nümayiş etdirir. Yaxud, molla rejiminin din pərdəsi altında gizləndiyindən xəbər verir.
Eyni zamanda, Azərbaycanın öz suveren ərazilərinə nəzarəti bərpa etməsi deyəsən İranın “ürəyincə” deyil. Bunun nəticəsidir ki, İran artıq üç ildir ki, imzalanan üçtərəfli bəyanatda qeyd edilmiş öhdəliklərin yerinə yetirilməsinə mane olmağa çalışır. Məsələn, Zəngəzur dəhlizinin açılması nədəndirsə rəsmi Tehran üçün ən böyük “problem” statusu qazanıb. Son aylarda Ermənistanın sülh gündəliyinə adekvat cavab verməsi, bəzi məsələlərdə ortaya qoyduğu münasibət isə deyəsən heç də onun “müttəfiqinin” ürəyincə deyil. Bunun nəticəsidir ki, İran istər Azərbaycana, istərsə də artıq reallaşacağı şübhə doğurmayan “Zəngəzur dəhlizi”nə qarşı yeni planlar qurmaqdadır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da etiraf edir ki, Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur. Kommunikasiyalar bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır.
O zaman belə bir sual yaranır. Tehran niyə Zəngəzur dəhlizinin açılmasını istəmir?
Əslində rəsmi Tehran Azərbaycanın son dövrlərdə beynəlxalq aləmdə güclənən nüfuzundan çəkinir. Digər tərəfdən, İranın hazırki geosiyasi durumu ürəkaçan deyil - çoxsaylı sanksiyalar, məhdudiyyətlər, beynəlxalq aləmdən təcrid olunma İrandakı daxili ictimai-siyasi vəziyyəti də gərginləşdirib. Belə olan halda, İran anlayır ki, Zəngəzur dəhlizinin açılması bir çox mənalarda regiona yeni nizam qazandıracaq. Burada Türk birliyi amili də olduqca böyük önəmə malikdir.
Təsadüfi deyil ki, İranın rəsmi və ya qeyri-rəsmi kanalları Zəngəzur dəhlizini “Turan yolu” adlandırırlar. Rəsmi Tehran anlayır ki, dünyanın yeni iqtisadi aortasına çevrilmə potensialına malik Zəngəzur dəhlizi regional inkişafa yeni nəfəs gətirəcək. Eyni zamanda, Türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. O baxımdan da, İranın davranışları anti-Türk dairələrinin maraqlarına xidmət göstərir. Halbuki, istər Azərbaycan, istərsə də Türkiyə dəfələrlə bu layihənin gerçəkləşəcəyi təqdirdə İranın da iqtisadi dividenlər qazanacağını açıq şəkildə bildirirlər. Tehran isə öz yolunu, öz xəttini “seçir” - həm Azərbaycanla, həm də Türkiyə ilə düşmən olmaq bahasına anti-Türk dairələrə, hansı ki, ona qarşı irəli sürülən sanksiyalarda əsas söz sahibidirlər, xidmət etmək xəttini yürüdür.
Ən əsası isə İran düşünür ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun regional maraqları ilə də uzlaşmır - bu, regionda Türkiyə-Azərbaycan birliyinin timsalında mühüm bir qüvvəni daha da gücləndirəcək. O baxımdan da, İran əlinə düşən fürsəti dəyərləndirit və qeyd edildiyi kimi, Ermənistandan öz maraqları üçün istifadə edir. Hazırki vəziyyətdə Ermənistan üçün daha real xilas yolu sayılan Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq cəhdləri ilə İran Ermənistana ən böyük pisliyi edir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.