AZ
Video yüklə

İran-Ermənistan əlaqələrinə zərbə!

35 baxış Son xəbərlər
Ermənistan Azərbaycana qarşı cəbhənin genişləndirilməsi istiqamətində müttəfiqlər axtarışındadı. Misal üçün Qarabağın erməni sakinlərinin acında ölməsi ilə bağlı təxribatlar apararaq dünyadakı xristian ölkələrinin diqqətini cəlb etməsi və antiazərbaycan cəbhəsində yer almaq cəhdləridir. Son zamanlar Ermənistanın regionda bir sıra addımları ilə bağlı Ermənistanın tərəfdaşları ciddi fikirləşməlidirlər. Ermənistanın hazırki fəaliyyətindən uzunmüddətdə ən çox ziyan çəkən İrandır. Çünki bu gün üçün Ermənistanın ABŞ, Kanada, Avropa İttifaqı ilə yaxından əməkdaşlıq etməsi İran hökümətini narahat edir.

Yeganə Hacıyeva qeyd etdi ki, 44 Günlük Vətən Müharibəsindən sonra Azərbaycan bölgədə sülh və sabitliyə nail olmaq üçün bir neçə təkliflər irəli sürüb. Bu təkliflərdən biri də bölgənin iqtisadi gücünün artırılmasıdır. Məhz İranda Azərbaycanın təklif etdiyi iqtisadi-kommunikasiya layihələrini müsbət qəbul edib.

Məhz Ermənistan əsassız və yalan məlumat yaymaqla Azərbaycan və İran arasında arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə cəhd göstərir. İran tərəfinin də bəyan etdiyi ki, bu yalan məlumatlar iki ölkənin münasibətlərinə xələl gətirə bilməyəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.