İradə Gülməmmədovanın “Varovski”də tikdirdiyi baxçanın sirrləri üzə çıxıb. Beləki, “Varovski”nin kontingenti əsasən imkanlı ailələrdir və “Zümrüd” uşaq baxçası Abşeronun kasıb camaatı üçün çox bahalıdır deyə mənbə iddia edib. Belə ki, İ.Gülməmmədovanın qızı Vüsalə Gülməmmədova elə Abşeron rayonunda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Bağça özəl fəaliyyət göstərir. 2 dekabr 2016-cı ildə fəaliyyətə başlayıb. Vergilər Nazirliyinin reyestrində isə “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1004597731) 2017-ci ildə qeydiyyata düşüb. Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.