AZ
Video yüklə

Hündürmərtəbəli bina yandı

512 baxış Son xəbərlər
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyinin Əl-Nəhd bölgəsində hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Oxu24.com -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Emirat Əl-Yaum” xəbər portalı məlumat yayıb.

Yanğın zamanı bina sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə briqadası səlb edilib. Xilasedicilər mərtəbələri fərdi qaydada yoxlamaq üçün dronlardan istifadə ediblər.

BƏƏ Mülki Müdafiə Xidmətindən bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər xəstəxanaya yerləşdirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.