Hirkan yolu
3 baxış
Son xəbərlər
Lənkəran deyəndə yada mütləq Hirkan düşür. Hirkan Milli Qoruğu. Amma biz bu gün Hirkan qoruğundan, onun ağacından-kolundan yox, yolundan danışacağıq. O yoldan ki, təkcə Hirkan qəsəbəsini deyil, eyni zamanda Mamusta və Siyavar kəndlərini də birləşdirir və bütünlükdə söhbət 10 min nəfərin rifahından gedir. Bu yol yayda dözülməz, qışda keçilməz olmuşdu.
Çökmələr, çatlar öz yerində, torpaq yatağı deformasiyaya uğramış və yol istismara yararsız vaziyətə düşmüşdü. Yol yatağının hündürlüyü və eni normaya uygun gəlmədiyi üçün əsaslı şəkildə təmirə ehtiyac yaranmışdı.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə yol boyu aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
Sözügedən yolda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub..
Yolun eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Tikinti norma və standartlarına uyğun olaraq, yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib,və bu işlər yolun 40 min kv.m sahəsini əhatə edib.
İnsanların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarması da diqqətdən qaçmayıb. Yolun altından suların ötürülməsi üçün mövcud olan dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların, həmçinin dəmir-beton küvetlərin tikintisi işləri aparılıb.
“Uzun müddət əsaslı şəkildə təmir olunmayan Hirkan-Mamusta-Siyavar avtomobil yolunun yenidən qurulmasında məqsəd 3 yaşayış məntəqəsində yaşayan 10 min nəfərə yaxın əhalinin gediş-gəlişini təmin etmək, Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Yol ən yaxın zamanda istismara veriləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.