Hicablı qadınlara hücum etdi: “Sizi görəndə ürəyim bulanır”

  • 27.06.2024
  • 0

Türkiyənin paytaxtı Ankara şəhərində hicablı qadınları təhqir edilib.
Avtosfer.az-ın xəbərinə görə, Ankara şəhərinin Gölbaşı rayonunda yaşayan ər və arvad - Arif T. Və Aslı T. qonşuluqlarında yaşayan hicablı qadınların evinə  vaxtaşırı basqın edirmiş. Növbəti basqın zamanı evli cütlük daha sərt hərəkətlər edib. Aslı T. “sizi görəndə ürəyim bulanır” deyərək, hicablı xanımın başını açmağa çalışıb. Arvadı bu hərəkətləri edərkən Arif T. uzun müddət kənardan izləyib. Daha sonra arvadını qonşularının həyətindən uzaqlaşdırmağa çalışsa da, qadın yerdən götürdüyü kəsici alətlə hicablı qadınları təhdid də edib.
Faktla bağlı Ankara polisində araşdırma aparılır.

Səfər Əlizadə