YPX.AZ saytında demək olar ki, hər gün avtomobil qəzaları xəbərləri verilir, tez-tez piyada vurulma halları işıqlandırılır. Amma görünən odur ki, ibrət alanlar çox azdır. Sanki hər kəs "mənə heç nə olmaz, mənim başıma gəlməz" kimi düşünür. Yoxsa Koroğlu metrostansiyasından Ziya Bünyadov prospektinə gedən yolda düz yeralti piyada keçidinin yaxınlığında və bir qədər sonra 5 nəfər piyada niyə özünü 90 km/saat sürətlə hərəkət edən avtomobillərin qarşısına atsın ki?! Yəni insanlar özlərinin və digərlərinin həyatına bu qədərmi dəyər vermir?