AZ
Video yüklə

Hərbi helikopter qəzaya uğradı

2 007 baxış Son xəbərlər
İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində hərbi helikopter qəzaya uğrayıb. APA TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Helikopterdə olan 3 pilotdan 2-si həlak olub. Hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib. “The Times of Israel” nəşrinin məlumatına görə, üçüncü pilot xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.