Həcc ziyarətində ölənlərin sayı minə yaxınlaşır

  • 20.06.2024
  • 0

Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 900-ü keçib.

TEMPİNFO AFP-yə istinadən xəbər verir ki, bazar ertəsi Məkkədə temperatur 51,8 dərəcəyədək yüksəlib.

Bu il Həcc mərasimində 1,8 milyon insan iştirak edib, onların əksəriyyəti yaşlı və səhhətlərində problem olan insanlardır.

AFP müxtəlif ölkələr tərəfindən açıqlanan rəqəmlərə istinadən xəbər verir ki, ölənlərin ümumi sayını 922-yə çatıb.

Media qurumu ərəb diplomatına istinadən xəbər verir ki, təkcə misirlilər arasında ölümlər bir gün əvvəl 300-dən çox olub.

TEMPİNFO