Hava ilə bağlı xəbərdarlıq
673 baxış
Son xəbərlər
Dekabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun anomal gedişi gözlənilir, Bakıda gecə 8°-dək, gündüz 5°-dək isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 775-ə yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.