Sosial Media Mərkəzi “Ən peşəkar mama-ginekoloq kimdir” sualı ilə məşhur xanımlar arasında keçirdiyi sosioloji sorğuya yekun vurub. 105 respondentin iştirak etdiyi sorğuda ziyalılar, mətbuat nümayəndələri, sosial media fəalları, bir sözlə müxtəlif təbəqəni təmsil edən xanımlar qatılıb.
Sorğunun nəticələrinə görə, mama-ginekoloq, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzi ən peşəkar ginekoloqlardandır.
Xəyalə Təhməzi kimdir?
Azərbaycan Dövlət Tibb Universitetinn məzunudur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun aspiranturasını bitirib və 2007-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi əldə edib. Bir müddət İran İslam Respublikasının Qızıl Aypara Klinikasının Sonsuzluq şöbəsində məsləhətçi həkim olaraq çalışıb. 30-dan artıq elmi məqalənin, həkimlər üçün 60-dan artıq metodik tövsiyyənin, bir tibbi kitabın müəllifidir. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Ginekologiya kafedrasında tədrislə məşğuldur. Səhiyyə Nazirliyin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultant həkimidir. Beynəlxalq konqreslərdə dəfələrlə Azərbaycanı təmsil edib, müasir ginekologiyanın tətbiqi sahəsində məruzələri dinlənilib.
Ginekologiyanın ən vacib istiqamətlərindən sayılan sonsuzluğun müalicəsində böyük təcrübəyə malikdir. Təbii və cərrahi (keysəriyyə) doğuşlar, laporaskopik və açıq ginekoloji əməliyyatlar, histereskopiya, ginekoloji plastik əməliyyatlar, USM diaqnostika, sonsuzluğun müalicəsi, süni mayalanma (EKO) – prosedurlarını həyata keçirir. Bu sahədə əldə etdiyi nəticələr dünyanın nüfuzlu elmi jurnallarında dərc edilib. Həm də fəal ictimaiyyətçi, səhiyyə təşkilatçısıdır.
Tətbiq etdiyi süni – ekstrakorporal mayalanma – boru sonsuzluğunun əsas müalicə üsuludur. Bu zaman superovulyasiyanın stimulyasiyası bir tsikldə bir neçə yetişmiş folikul yaratmaq məqsədilə aparılır.
Bunun üçün, preparatları ilə fərqlənən müxtəlif proqramlar (protokollar) tətbiq edilir. Ovulyasiyanın stimullaşdırılması protokolunun seçilməsini, pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq, həkim həyata keçirir. Nəticə etibarilə illər boyu övlad həsrətilə yaşayan cütlüklərin sonsuzluq probleminə son qoyulur. Bu günə qədər yüzlərlə ailəyə övlad sevinci bəxş edən Təhməzlinin qucağında minlərlə körpə dünyaya göz açıb.
Xəstələri onun barəsində nə deyir?
Əslən Şəki rayonundan olan və hazırda Moskvada yaşayan Rəsiə Məmmədova deyir ki, ailə qurduqdan sonra övlad dünyaya gətirə bilmirmiş: “Üz tutmadığımız klinika, həkim qalmamışdı. İstər Moskvada, istərsə də Bakıda çox müayinə və müalicələrdə olmuşuq. Açığını desəm, ümidimizi itirmişdik, Xəyalə xanımla qarşılaşana qədər. Qısa zaman müddətində Xəyalə Təhməzinin pasiyenti olduq. Nəticə bizi xoşbəxt edir. Mən artıq ana olmağa hazırlaşıram”.
R.Məmmədova deyir ki, Moskvada yaşasalar da, milli adət-ənənələri qoruyub saxlayırlar: “Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan bizim vətənimizdir. Şəkinin adət-ənənəsini həyat yoldaşımla yaşadırıq. İnşallah Xəyalə xanımın şəfasıyla dünyaya gələcək körpəmiz də buna əməl edər (gülür). Bu xəbəri aldıqdan sonra qərara gəldim ki, dəyərli həkimimiz üçün Şəki paxlavası hazırlayım. Hazırladım da (FOTO YAZIDA – P.S). Xəyalə xanıma sonsuz minətdarıq”.
Masallı rayonunun sakini Mehparə Əhmədovanın sözlərinə görə, bir il öncə səhhətində ciddi problemlər meydana gəlməyə başlayıb: “Müayinələrdən sonra məlum oldu ki, uşaqlıq şişidir. Hətta məni qorxutdular da. Deyirdilər ki, xərçəngdir. Baxmayaraq ki, 50 yaşım var, artıq ölümə hazırlaşırdım. Həkim-professorlardan biri mənə şüa terapiyası etdirməyi təklif etdi.
Lakin Xəyalə Təhməzlinin qəbulunda olduq. Müayinədən sonra dedi ki, səndə xərçəng deyil, xoşxassəli şişdir və sadəcə ağırlaşmış mərhələdir. Beləcə məni əməliyyat etdi. Bundan sonra yenidən həyata qayıtdım. İndi özümü çox sağlam və gümrah hiss edirəm. Sonradan öyrəndim ki, zamanında üstünə düşməsəydim, bu şiş xərçəngə çevrilə bilərmiş. Xəyalə xanıma nə qədər təşəkkür etsək də, azdır”.
Sosioloji sorğuda iştirak edən məşhur simaların fikirlərini və Dr. Xəyalə Təhməzinin müsahibəsini növbəti yazıda təqdim edəcəyik. Bizi izləməyi unutmayın!