Haaqa məhkəməsi Ermənistanı ifşa edib
2 baxış
Son xəbərlər
Beynəlxalq Ədalət Məhkəməsi olan Haaqanın Azərbaycanın iddiası üzrə Ermənistanın təcili tədbirlər görməsinə dair ilkin qərarı rəsmi İrəvanın üzərinə növbəti öhdəliklər qoydu. Sözügedən qərarla, Paşinyan hakimiyyəti revanşist qüvvələrə qarşı hansısa formada mübarizə apararaq, azad olunmuş ərazilərdə və sərhəddə təxribatların qarşısını almalı idi. Ancaq baş verənlər hadisələrin heç də gözlənildiyi kimi olmadığını sübuta yetirdi.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində ordumuzun bir əsgərinin şəhid olması revanşist qüvvələrin fəallığının qarşısının alınmadığını göstərdi.
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın müharibə məhbuslarının dərhal geri qaytarılması, Hərbi Qənimətlər parkının bağlanması və Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddialarını təmin etməməsinə aydınlıq gətirən Beynəlxalq Hüquq üzrə Mütəxəssis Orxan Amaşov bildirdi ki, buna səbəb Azərbaycanın vaxtında və əsaslandırılmış şəkildə sübutları məhkəməyə təqdim etməsidir. İrəvanın irəli sürdüyü əsassız iddiaların qəbul olunmamasına gəldikdə isə, bu, yekun qələbə deyil, məhkəmə öz işini davam etdirir.
Azərbaycanın mina xəritələri ilə bağlı iddiasının rəddinə gəlincə...
Mahiyyət etibarilə sadalananların fonunda Ədalət Məhkəməsinin ilkin nəticəsi Ermənistanın iddialarının tamamilə əsassız olduğunu deməyə əsas verir.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.