AZ
Video yüklə

Gəncəyə sel gəlib ,şəhərin suyun altında qaldı

92 baxış Son xəbərlər
Azərbaycanın qərb bölgəsində bir saatdan çoxdur güclü yağış başlayıb.

ONA-nın qərb bürosunun xəbərinə görə, ölkənin ikinci böyük şəhəri olan Gəncədə də iki saata yaxındır leysan yağır.

Güclü yağışlar nəticəsində şəhərin bəzi ərazilərinin elektrik təchizatında problem yaranıb, daha çox Nizami rayonunda nəqliyyatın hərəkətində çətinliklər meydana gəlib, həyətləri su basıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Həyətlərdən suyun təmizlənməsi istiqamətində işlər aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.