Gəncə sakinləri şikayət edir

  • 2 gün öncə 13:16
  • 0

Gəncədə bir qrup sakin şikayət edir.

 

Oxu24.com xəbər verir ki, Gəncə şəhəri,Ağa Sultanov 1 döngə ev 16 ünvanında yaşayan sakinlər yaşadıqları küçədə şəraitsizlikdən şikayətləniblər. 16 ailənin yaşadığı küçədə yolun bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

 

Həmin ünvanda yaşayan sakin Könül Əliyeva bildirib ki, ətrafda olan bütün küçələr və döngələr asfaltlansa da,təkcə onların yaşadığı döngə baxımsız vəziyyətdə qalıb.

 

"Bizim küçəmizdən uşaqlar dərsə,məktə gedib-gəlirlər. Qarşıdan qış ayı gəlir .Uşaqlar,yaşlılar əziyyət  çəkirlər. Ərazidə  bir neçə dəfə yaşlı insanlar yıxılıb,xəsarət alıblar.Ölkəmiz COP29 kimi mötəbər bir yarışmaya ev sahibliyi edəcək.Bu işlə əlaqədər ölkəmizdə abadlıq,quruculuq işləri davam etdirilir.İstərdik ki, bizim də ərazimiz bu tədbirlər nəticəsində abadlaşsın",-deyə Könül Əliyeva bildirib.

 

Müraciəti  Ələkbərova Rəsmiyyə,Əliyev İlqar,İsmayılov Samir,Ələsgərov Mahir,Qurbanov Orxan,Quliyev Qabil,Qurbanov Sunay, Əsədov Vidadi və digərləri də imzalayıblar. 

 

Oxu24.com məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

 

Miri