Qan Donorları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun maliyyə yardımı eyni zamanda “Fairmont Baku” Hotel və Mərkəzi Qan Bankının dəstəyi ilə respublikada qan donorluğunun inkişafına dəstək məqsədi ilə III Gənc Qan Donorlarının Ümumrespublika Forumu keçirilir.
Forumun məqsədi respublikada qan donorluğunun inkişafına dəstək, gələcək nəslin qorunması və eyni zamanda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların sağlamlığının bərpası üçün qan donorluğu istiqamətində cəmiyyətin maarifləndirilməsidir.