AZ
Video yüklə

Gədəbəydə FACİƏ: Güclü sel çobanı apardı

251 baxış Son xəbərlər
Xəbər verdiyimiz kimi, ötən gün Gədəbəy rayonunda güclü yağış nəticəsində yaranan sel bir nəfərin ölümünə səbəb olub.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə Gədəbəydəki selin görüntüləri yayılıb.

Qeyd edək ki, hadisə rayonun Moruqlu kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Sadıqov Sahib qoyun otaran zaman sel onu aparıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.