Gecə durub ucuz çörək növbəsinə dayanırlar
27 baxış
Son xəbərlər
Son 2 ildə Türkmənistanda ciddi ərzaq qıtlığı hiss olunur. Cebhe.info xəbər verir ki, bu ilin martında hökumət əvvəllər etiraf etmədiyi ərzaq qıtlığına bəhanə tapıb. Belə ki, buna səbəb kimi SARS-CoV-2 pandemiyası göstərilib. Ancaq maraqlıdır ki, ərzaq qıtlığı pandemiya elan olunmadan 2 il əvvəldən hiss olunur, üstəlik ölkədə rəsmən virusa yoluxma halı qeydə alınmayıb. Buna görə də hər hansı məhdudlaşdırma tədbirləri görülmür, o cümlədən sosial məsafə ilə bağlı rəsmi tələb yoxdur. Ancaq "Türkmənistan xronikası" yazır ki, sakinlər eyni zamanda iki böhran yaşayır. Həm virus, həm də ərzaq böhranı. Bunu nəzərə alan hökumət paytaxt Aşqabadda ucuz ərzaq mağazaları açıb. Burada un, çörək, düyü, şəkər tozu kimi məhsulları daha sərfəli qiymətə amaq mümkündür. Ancaq mağazalar əhalinin tələbatını ödəyə bilmir. Bir çoxları səhər açılmadan mağazaların qarşısında növbə tutur. Bu zaman isə istənilən sosial məsafə, digər qoruyucu tədbirlər yada düşümür.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.