“Korrupsiya və rüşvətxorluq iki tərəfli olur. Rüşvəti verməsən, alan kimdir ki?”. Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, korrupsiya və rüşvətxorluğun kökləri qədim dövrlərə gedib çıxır: “Sosial təminat sahəsində korrupsiya olub. Xatırlayırsınızsa, Məhəmməd Füzuliyə 9 axçalıq prezident təqaüdü təyin edilmişdi, ala bilmədi. Şikayətə getsə də, ala bilməyib. Deyir, salamş verdim, rüşvət deyildir deyə almadılar. Yəni bu bütün dövrlərdə olub”.