Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Füzuli rayonundan ermənilərin dağıdılmış istehkam xətlərini paylaşıb. H.Hacıyev, həmçinin Qaraxanbəyli kəndindən görüntülər yayıb: "Bölgədə sağlam tikili qalmayıb. Vandalizm sərhəd tanımır. Ermənistanın daha çox cinayətləri üzə çıxacaq. Beynəlxalq media Ermənistanın bütün hərbi cinayətlərini işıqlandırır".