AZ
Video yüklə

Filipp Kirkorovdan Soçidə tərbiyəsizlik

8 baxış Son xəbərlər
Rusiyanın, Ukrayna və Moldovanın xalq artisti Filipp Kirkorov Soçidə “Novaya volna” musiqi festivalının işçi heyətini söyüb.

“Ölkə.Az” xəbər verir ki, Kirkorovun musiqi festivalının işçi heyətini söyməsi ilə bağlı video "İnstagram"da "sochi_on_line" səhifəsində paylaşılıb.



“Mən kamera ilə bir saat məşq etməyənədək, sizİn şou * (maraqlı deyil) başlamayacaq. Hamınıza aydındırmı?! Və * (tüpürüm), mənə nə sizin efir birbaşa yayımlanır! Nə qədər ki, mən çıxış edəcəyim mahnını kamera ilə məşq etməmişəm, oxumayacam! Saat yarım mənimlə kamera ilə * (çalışacaqsınız). O vaxtadək burada hər hansı kamera, ümumiyyətlə, heç nə peyda olmayacaq!”- Kirkorov qışqırıb. Onun səsini isə mikrofonlar açıq olduğundan ətrafdakılar da eşidib.

Qeyd edək ki, Kirkorovun nümayişkəranə formada söyüş söyməsi birinci dəfə deyil. O 2018-ci ildə “Avrovizion” mahnı musiqi festivalı çərçivəsində İsveç telekenalına müsahibəsi zamanı qonşu otaqdan gələn səs-küyə görə oradakıları söymüşdü.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.