AZ
Video yüklə

FHN güclü yanğınla bağlı açıqlama yaydı

1 551 baxış Son xəbərlər
Zaqatala, Qəbələ və Oğuz rayonlarında yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) bildirilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Sentyabrın 2-dən etibarən isə Oğuz və Qəbələ rayonlarında meşə yanğınları başlayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.