FHN Dövlət Yanğın Nəzarəti Xidməti yanğın potensiallı ərazilərdə təhlükə mənbələrini aradan qaldırır

  • 14.10.2019
  • 0

Respublikanın şəhər və rayonlarında yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə, yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.