AZ
Video yüklə

Evsizlərə pul səpən reper tənqid olundu

51 baxış Son xəbərlər
“Blueface” səhnə adı ilə tanınan reper Conatan Porter Los-Ancelesdə avtomobilinin üstünə çıxaraq evsiz insanlara pul səpməyə başlayıb.



“Qafqazinfo” xəbər verir ki, həmin anın videosunu çəkib “Hədiyyə mövsümü” başlığı ilə sosial şəbəkədə paylaşan reper gözlədiyi reaksiya ilə üzləşməyib. Belə ki, o, bu addımına görə sərt şəkildə tənqid olunub. İzləyicilərin əksəriyyəti ifaçını bu addımı ilə evsizləri və kasıbları alçaltmaqda günahlandırıblar.



“Bu, onları təhqir etmək vasitəsidir. Bu pulu bu cür qeyri-insani şəkildə yox, normal qaydada da verə bilərdiniz. Sizin hiyləniz kiməsə ciddi ziyan vura bilər”, deyə şərhlərdə qeyd olunub.



“Blueface”i amansızlıqda ittiham edənlər də olub və onun bu davranışından utandıqlarını qeyd ediblər.



Qeyd edək ki, hadisə minlərlə evsiz insanın yaşadığı Skid-Rou rayonunda olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.