Dünənki Türkiyə-Çexiya oyununu Azərbaycan Ordusunun əsgərləri də izləyib.
TEMPİNFO xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyi də paylaşım edib.
Türkiyə MN videoya "Can Azerbaycandan bizim çocuklara tam destek!" başlığını verib.
Qeyd edilib ki, Azərbaycanın Silahlı Qüvvələr Günündə qəhrəman əsgərlər sözügedən matçın həlledici qoluna seviniblər. Onlar 90+4-cü dəqiqədə Cenk Tosun Türkiyə yığmasının ikinci qolunu vurmasını coşqu ilə qeyd ediblər: "Təşəkkürlər, Can Azərbaycan, təşəkkürlər Qarabağın aslanları... Hər zaman bir və bərabərik!"
Xatırladaq ki, Türkiyə 2:1 hesablı qələbə ilə 1/8 finala çıxıb.