Noyabrın 20-də Nizami Kino Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevin ssenari müəllifi olduğu “Əsgərlər unudulanda ölürlər” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.
“Aranfilm” Kino Mərkəzi tərəfindən təqdim edilən filmin quruluşçu rejissoru Rövşən Almuradlı, bəstəkarı Vaqif Gərayzadə, quruluşçu operatoru Rafiq Əliyevdir.
1920-ci ildə Rusiyanın Azərbaycanı işğalı zamanı 70-minlik işğalçı qüvvənin qarşısına çıxan 350 nəfərlik Yalama qarnizonunun qəhrəmanlığından bəhs edən film tarixi materiallarla çox zəngindir. Ona orijinal musiqi yazılıb. Mahnıların mətnləri şəhid əsgərlərin son məktublarındakı şeirlərdən tərtib olunub.
Çəkilişlər Bakıda, Yalamada, Ankarada, Tiflisdə, Moskvada aparılıb.
Turan Məmmədli
Aytən Məhərrəmli
Hüseyn Rza
Mübarizim.Tv