Beynəlxalq medianın kameraları qarşısında Füzuli bölgəsində Ermənistan tərəfindən atılan ağ fosfor mərmiləri məhv edilib. Ağ fosforun istifadəsi qadağandır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.