Ermənistan Zəngəzurun bu hissəsini Azərbaycana verdi
15 582 baxış
Son xəbərlər
Sünik bölgəsindəki Gorus-David-Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycana veriləcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazıb.
Məlumata görə, bu, gizli sənəddə yer alıb və ikitərəfli razılığa əsasən, yolun bu hissəsi 3 il ərzində Ermənistan və Azərbaycan tərəfindən istismar edilməlidir. Təhlükəsizlik isə Rusiya sülhməramlıları tərəfindən təmin olunacaq. 3 il ərzində Ermənistan tərəfi öz ərazisindən keçid yolu çəkməlidir, bundan sonra bu 21 km tamamilə Azərbaycana veriləcək.
Bu razılaşmanın Ermənistanın baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə edildiyi bildirilib. Xüsusilə, müdafiə naziri Vaqarşak Arutyunyanın məsələdəki itaətkarlığı Rusiya tərəfini belə təəccübləndirib.
Qeyd edək ki, Sünik Azərbaycanın tarixi torpaqları olan qədim Zəngəzur ərazisində yerləşir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.